Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 12:52:01
Şagirdlərin başına uçan tavan: Səhv məlumat, yoxsa səhlənkarlıq? - FOTO

Son günlər AzEdu.az-a edilən müraciətlərdən biri də Cəlilabad rayonu, Əsədli kənd tam orta məktəbi ilə bağlıdır.

Müraciətdə  bildirilir ki, 150-ə yaxın şagirdi olan ümumtəhsil müəssisəsinin binası hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Məktəbdə olan avadanlıqlar tamamən yararsız haldadır. Məktəb şəraitinin çətinliyi qış aylarında şagird və müəllim heyətinin əziyyət çəkməsinə səbəb olur.

Müraciətə məktəbin qəzalı vəziyyətdə olmasını əks etdirən fotolar da daxildir.

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Cəlilabad Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. Şöbə inspektoru  Rəşxəndə Qasımova məktəbin qəzalı vəziyyətdə olmasını təsdiqləməyib. Bildirib ki, həmin məktəbin direktoru Rayon Təhsil Şöbəsinə müraciət edib. Amma başqa məsələ ilə bağlı:

“Bildirib ki, orada internet xətti yaxşı işləmir. Məktəb olduqca köhnədir. Amma uçma təhlükəsi ilə üz – üzə olması barədə məlumatımız yoxdur. Ümumiyyətlə, belə bir fövqəladə vəziyyət yaranmayıb. Məktəb o qədər də faciəli, qəzalı vəziyyətdə deyil. Sadəcə çox köhnədir.

Məktəb binasının yenilənməsi 2019- 2023-cü il dövlət proqramında nəzərdə tutulub.  Həmin dövlət proqramına Əsədli kənd orta məktəbinin modul tipli məktəblə əvəz edilməsi planlaşdırılır. Amma rəhbərlik tərəfindən şöbəyə sırf məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı müraciət olunmayıb”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları