Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-29 13:57:00
Əksər müəllimlərin bilmədikləri qanun: Direktor bu işçilərin əmək müqaviləsini ləğv edə bilməz

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı əmək qanunvericiliyi ilə bağlı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar hansılardır ?

Cavab:

AzEdu.az xəbər verir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Amma bəzi hallarda əmək müqaviləsinin direktor tərəfindən ləğv edilməsi qadağandır. Məktəb rəhbəri hamilə , habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsini ləğv edə bilməz.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları