Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-29 11:49:00
Tipindən asılı olaraq internat məktəblərinə kimlər qəbul edilirlər? - Cavab

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Tipindən asılı olaraq internat məktəblərinə hansı uşaqlar qəbul edilirlər?

Cavab:

Azərbaycanda 3 tipdə internat məktəbləri fəaliyyət göstərir:

-Aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqları üçün ümumi tipli ümumtəhsil internat məktəbləri;

-Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəbləri;

-Sanator tipli ümumtəhsil internat məktəbləri

Ümumi tipli ümumtəhsil internat məktəblərinə hər iki valideynini itirmiş yetim uşaqlar qəbul edilirlər.

Xüsusi tipli ümumtəhsil internat məktəblərinə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələr qəbul eidlirlər.

Snator tipli ümumtəhsil internat məktəbləri isə fiziki məhdudiyyətli uşaq və yeniyetmələr üçün nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları