Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-29 10:59:00
Direktor namizədlərə müsahibədə çox verilən sual: Bu halda müəllimlərə əlavə haqq ödənilir

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı təhsil işçilərinin əməkhaqqı sistemi ilə bağlı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Hansı halda müəllimə stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir?

Cavab:

Müəllim və digər işçilərə kargüzarlıq və mühasibat uçotu işlərini yerinə yetirmək üçün stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir. Amma bir şərtlə: ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 50-dən 10-a qədər olmalıdır.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları