Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-23 12:54:00
Məktəbi IX sinifdən sonra tərk edənlərin sayı açıqlandı-Rəsmi  

Orta ümumtəhsil müəssisələrini IX sinifdəykən tərk edənlərin sayı azalıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Göstəricilərə diqqət yetirdikdə məlum olur ki,2018-ci ildə məktəblilərin 81.3 %-i tam orta, 102, 5 %-i isə ümumi orta təhsil ala bilib. Ötən illə müqayisədə tam orta təhsil alanların sayında azalma müşahidə olunur. 2017-ci ildə bu göstərici 82.2 % olmuşdu.

Tam orta təhsil alanların sayının ən çox olduğu il isə 2005-ci ildi. Həmin ildə şagirdlərin 122.2 %-i XI sinfi bitirə bilib. Ümumi orta təhsil alanlar isə 152.7 % təşkil edib.

2010-cu ildə tam orta təhsil alanların sayında xüsusi azalma müşahidə olunub. Həmin ildə şagirdlərin cəmi 80.6 %-i XI sinfi bitirə bilib. 127.4 % məktəbli isə ümumi orta təhsil səviyyəsi ilə kifayətlənib.

Qeyd edək ki, statistik göstəricilər dövlət ümumtəhsil müəssisələrini əhatə edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları