Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-07 16:18:00
Rayonların hazırlıq qruplarına qəbulda ərazi prinsipi nəzərə alınacaq? -Rəsmi

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi orta təhsil müəssisələrində isə şagird qəbulu müəyyən prioritetlər nəzərə alınmaqla aparılır. Bu qanunauyğunluq mikroərazi prinsipi adlanır.

Hazırda valideynləri maraqlandıran məqamlardan biri də ərazi prinsipuinin bölgələrdə də tətbiq olunub olunmaması ilə bağlıdır.

AzEdu.az xəbər verir ki, yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul edilir.

Qeyd edək ki, ərazi prinsipinə görə, müraciətlərin çox olduğu bir sıra məktəblərdə hazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıdakı şərtləri ödəyən azyaşlıların qəbuluna üstünlük verilir:

-Valideyni və ya qanuni nümayəndəsi qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;

-Valideyn və ya qanuni nümayəndələri həmin məktəbdə işləyənlər;

-Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları