Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-07 10:07:00
Hazırlıq qruplarına müraciətin çox olduğu məktəblərə bu uşaqlar qəbul ediləcəklər - Rəsmi

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi orta təhsil müəssisələrində isə şagird qəbulu müəyyən prioritetlər nəzərə alınmaqla aparılır.

AzEdu.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, Bakıda yerləşən və müraciətlərin çox olduğu bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıdakı şərtləri ödəyən azyaşlıların qəbuluna üstünlük verilir:

-Valideyni və ya qanuni nümayəndəsi qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;

-Valideyn və ya qanuni nümayəndələri həmin məktəbdə işləyənlər;

-Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları