Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 15:00:00
Kirayə mənzildə yaşayanların övladları Bakı məktəblərində hazırlıq keçə bilərlər? - Cavab

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Hazırda valideynlərin ən çox narahat edən məqamlardan biri də kirayə mənzillərdə yaşadıqlarına görə övladlarının məktəbəhazırlıq qruplarına qeydiyyatıdır.

Sual:

Övladımın Bakı şəhərinin ümumtəhsil müəssisələrindən birində məktəbəhazırlıq təhsili almasını istəyirəm. Rayon qeydiyyatında olmağım, Bakıda kirayə mənzildə yaşamağım  övladımın məktəbəhazırlığa qeydiyyatı üçün problem yarada bilər?

Cavab:

AzEdu.az məlumat verir ki, Bakıda şəhərinin bəzi ümumtəhsil müəssisələri qəbul zamanı mikroərazi prinsipi tətbiq olunur. Belə  prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları