Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 11:26:00
Peşə məktəblərinə qəbul olanların sayı açıqlandı - İkinci mərhələdə

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi başa çatıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbulun 2-ci mərhələsində 5834 nəfər iştirak edib. Onlardan 3754  nəfər peşə təhsil müəssisələrinə qəbul olunub.

Nəticələrin bu gün saat 15:00-a kimi  elan olunması nəzərdə tutulub.

Qeyd edək ki, müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatılıblar. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılıb. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.