Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 14:07:00
Məktəbəhazırlığı rus bölməsi üzrə oxumaq istəyən müsahibədə iştirak etməlidir? - Cavab

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Hazırda valideynlərin ən çox verdikləri suallardan biri də rus bölməsi üzrə məktəbəhazırlıq qrupları ilə bağlıdır.

Sual:

Övladımın Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbul olunmasını istəyirəm. Müsahibədə iştirak mütləqdir?

Cavab:

Xeyr. AzEdu.az xəbər verir ki, məktəbəhazırlıq qruplarına sənəd qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçərsə, uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibəyə ehtiyac yaranmır. Amma həmin azyaşlı I sinfə qəbulda da digər dildə tədris aparılan bölməni seçsə, Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibədən keçməlidir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları