Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 10:00:00
Valideynlərin nəzərinə: Məktəbəhazırlıq qrupları üçün bu sənədlər tələb olunur

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Bəs, övladının məktəbəhazırlıq qruplarında təhsil almasını istəyən valideyn hansı sənədləri hara təqdim etməlidir?

AzEdu.az xəbər verir ki, valideyn məktəbəhazırlıq qruplarına şagird qəbulu üçün bu sənədləri seçdiyi məktəbə təqdim etməlidir:

-Azərbaycan vətəndaşları üçün valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;

-Azərbaycan vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəl vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün -Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;

-Xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;

-Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;

-Uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);

-2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

-Valideynin www.mektebeqebul.edu.az saytında yaratdığı “Şəxsi kabinet”indən çap etdiyi “Ərizə”.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları