Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-04 12:31:00
Valideynlərin nəzərinə: Seçdiyiniz məktəbi bu halda dəyişə bilməzsiniz

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Hazırda valideynləri maraqlandıran məqamlardan biri də məktəb seçiminin dəyişdirilməsi ilə bağlıdır.

Sual:

Övladımın sənədlərini qəbul olunduğu məktəbin hazırlıq qrupları üçün təhvil vermişəm. Məktəb seçimini dəyişdirə bilərəm?

Cavab:

Xeyr. AzEdu.az xəbər verir ki, valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edibsə onun sorğusu məktəb tərəfindən sistemdə təsdiq olunub. Belə olan halda valideyn məktəb seçimini dəyişdirmək üçün sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda valideyn başqa məktəb seçimi edə bilər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları