Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-04 10:37:00
Məktəbəhazırlığı bitirən azyaşlının I sinfə qəbulu üçün müsahibə mütləqdir? - Cavab

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Valideynləri maraqlandıran məqamlardan biri də məktəbəhazırlıq qruplarında təhsil almış uşağın I sinfə qəbulu zamanı müsahibədə iştirakının nə dərəcədə mühüm olmasıdır.

Sual:

Məktəbəhazırlığa sənəd qəbulu zamanı müsahibə önəm daşımır. Bəs, həmin azyaşlılar I sinifə qəbul zamanı  müsahibədən keçməlidirlər?

Cavab:

Bəli, AzEdu.az xəbər verir ki, əktəbəhazırlıq qruplarında təhsil alıb - almamasından asılı olmayaraq, digər dildə təhsil almaq istəyən azyaşlı I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirak edəcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları