Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-03 11:54:00
Müraciətçilərin çox olduğu bəzi məktəblərdə valideynlər bunu etsinlər

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu davam edir.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumitəhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.

Bəs məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu hansı prioritetlər nəzərə alınmaqla aparılır?

AzEdu.az 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suala cavabı təqdim edir:

-Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;

Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;

Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Qeyd edək ki, ümumtəhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan başlayıb və sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.

Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş  Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları