Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-28 11:24:05
"İlin gənc müəllimi-2019"da qalib görmək istədiyiniz müəllimə səs verin! – Onluq bəlli oldu  

"İlin gənc müəllimi-2019" müsabiqəsinin ilk 10 namizədi bəllidir.

AzEdu.az xəbər verir ki, ilin gənc müəllimi olaraq gördüyünüz müəllimə səs vermək üçün saytın sağ hissəsində xəbər lentindən aşağıda yerləşən siyahıdan müəliminadını səs verə bilərsiniz.

Səsvermə üçün son tarix: 8 sentyabr, 2019. Saat: 17:00

Müsabiqə AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

"İlin gənc müəllimi-2019"müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ortaya çıxarmaq, onları tanıdaraq mükafatlandırmaqdır.

Xatırladaq ki, nəticədə, 3 gənc müəllim qalib elan ediləcək.

I yerin qalibi – 1000 AZN
II yerin qalibi – 500 AZN
III yerin qalibi – 250 AZN məbləğində pul mükafatı ilə təltif ediləcək.

Əlavə olaraq, 5 müəllim də həvəsləndirici yerin qalibi olacaq. Həvəsləndirici yer tutan gənclərin hər birinə 100 AZN pul mükafatı təqdim ediləcək. Finala keçən bütün iştirakçılara (10 nəfər) sertifikat və hədiyyə təqdim olunacaq.

Layihənin sonunda təqdimat mərasimi keçiriləcək. Keçənilki ənənəyə sadiq olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.

AzEdu.az "İlin gənc müəllimi-2019" müsabiqəsinə namizəd olan 10 müəllimi təqdim edir:

Qeyd: Siyahıdakı adlar hərflərin əlifbadakı ardıcıllığına uyğun olaraq sıralanıb. 

Ad,soyad

İşlədiyi məktəb

 

 

 

Aynur İbrahimova

Ucar rayonu Təzə Şilyan kənd tam orta məktəbi

 

Ehtiram Safquliyev

Zaqatala rayonu, Üçüncü Tala kənd tam orta məktəb

 

Elçin Abbasov

Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəb

 

 

 

Elvin Bəkirov

Gəncə şəhəri 27 nömrəli məktəb lisey

 

 

 

İlahə Həmidova

Bakı şəhəri, Xətai rayonu 221 nömrəli tam orta məktəb

 

Kəmalə Səmədova

Göyçay şəhəri, akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəb

 

Mətanət Kərimova

Oğuz şəhər 3 №-li məktəb-lisey

 

Nərmin Məmmədova

Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziya

 

Pərvin Əşari

Xırdalan şəhər 7 №-li tam orta məktəb

 

Şahid Muradlı

İsmayıllı rayonu İstisu kənd tam orta məktəbi