Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-26 16:32:00
Təhsil nazirindən yeni təyinat, başa çatan vakansiya seçimi-Həftənin təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatdı

Avqustun 19-da start verilən müsahibə mərhələsi avqustun 23-dək davam edib.

 Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb

Ötən həftədə təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan etibarən başlayıb. Bu proses sentyabrın 25-dək davam edəcək.

 Ali təhsil müəssisələri vahid informasiya platformasına inteqrasiya olunacaq

Yaxın zamanda Azərbaycanın bütün ali təhsil müəssisələri Təhsil Nazirliyinin Ali Təhsil İnformasiya Sisteminə (ATİS) inteqrasiya olacaq.

AzEdu.az-ın məlumatına görə, bunu Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib. Onun sözlərinə görə, bu prosesin idarə edilməsi şirkət tərəfindən yerinə yetiriləcəyi gözlənilir. “ATİS olduqca mürəkkəb platformadır. Ölkənin yüz minlərlə tələbənin, müəllimlərin, tədris prosesi ilə bağlı bir çox məlumatları real vaxt rejimində vahid platforma üzərindən emal olunacaq. Biz bu layihəni Təhsil Nazirliyinin Ali Təhsil Şöbəsi, Təhsilin İformasiyalaşdırılması İdarəsi və bir sıra digər struktur bölmələri ilə vahid komanda şəklində işləyib hazırlamışıq. ATİS şirkətin məhsulu olan “UniBook” - təhsilin və tədris prosesinin informasiya idarəetmə platforması əsasında hazırlanıb”, - deyə İ. Ələkbərov qeyd edib.

Məktəblərdə vakansiya seçimi sabah başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Təhsil nazirindən yeni təyinat  

Oğuz Rayon Təhsil Şöbəsinə təzə müdir təyin olunub.

Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bu vəzifəyə Məcidov Anar Rafiq oğlu təyinat alıb.

 Həftənin təhsil informasiyaları

 Boş qalan yerlərə ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.

Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb

Ötən həftədə 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu başa çatıb.

Yeni yaradılan Peşə Təhsil Mərkəzinə sənəd qəbulu başa çatıb

Geridə buraxdığımız günlərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatıb.

 1200-dən çox subbakalavr boş qalan plan yerlərinə qəbul olub

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1232 nəfər subbakalavr qəbul olub.

 9 illik təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatı başa çatıb

Geridə buraxdığımız günlərdə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb.

Bu il ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşaq gedəcək

2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164234 uşağın qəbulu proqnozlaşdırılır.

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun 2-ci turu keçiriləcək

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlərə qəbul avqustun 28-dən sentyabrın 5-dək keçiriləcək.

Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı başa çatıb.

 

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları