Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-26 11:44:00
“Elektron sənəd qəbulu bütün ölkəni əhatə edəcək” - Firidun Həmzəyev 

"Bir neçə məktəbə aid edilən elektron sənəd qəbulu bu ildən bütün ölkəni əhatə edəcək"

AzEdu.az xəbər verir ki, bu sözləri məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib.

F.Həmzəyev bildirib ki, bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək.

Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edəcək:

"2016-cı ildən ildən nazirlər kabinetinin qərarına əsasən məktəbə hazırlıq qruplarının təşkilinə başlanıb. Həmin il55% sonrakı illərdə isə 65,75%mıktəbə qədər təhsilə cəlb edilib. Bu istiqamətdə aparılan işlərdən biri də məktəbə hazırlığın onlayn formada aparılmasıdır. Prezidentinin sərəncamına əsasən təhsil nazirliyi tərəfindən elektron dairələrin genişlənməsi getmişdir. Bu sahələrdən bir də məktəblərdə 2019-2020ci il məktəbə hazırlıq təhsili ilə bağlı əmrində qəbulun elektron sistemdə həyata keçirilməsi, həmin uşaqlara dərs keçəcək müəllimlərin seçilməsi. Onların təlimləri ilə bağlı işlər görülür. Bir neçə məktəbə aid edilən elektron sənəd qəbulu bu ildən bütün ölkəni əhatə edəcək"

Nazirlik rəsmisi bəzi müəllimlərin uşaqları məktəbəhazırlıq istiqamətində deyil, birinci sinif dərslikləri əsasında hazırladığını deyib:

"Avqust sentyabr aylarında təlimlər nəzərdə tutulur. Məqsədimiz dərs deyəcək müəllimlərin təlimlərdə maksimum iştirak edilməsidir. Məktəbə hazırlıq qrupları artıq 5 ci ildi tətbiq ediləcək. Lakin bəzi müəllimlər məktəbə hazırlıq istiqamətində deyil birinci sinif dərslikləri əsasında uşaqları hazırlayırlar. Bu təlimlərin məqsədi müəllimlərin dərsi düzgün istiqamətdə qurulmasıdır".