Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-26 10:00:00
Xarici ölkəyə gedən şagirdlərin yerdəyişməsi necə aparılır? - Cavab  

Avqustun 15-dən etibarən “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” istifadəyə verilib.

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək.

Bəs xarici ölkəyə gedən şagirdlərin yerdəyişməsi necə aparılır?

AzEdu.az şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ən çox verilən suala cavabı təqim edir:

-Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (digər qanuni nümayəndənin) sistemdən çap olunmuş ərizəsi əsasında verilir.

Qeyd edək ki, şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının “Ümumi təhsil informasiya” alt sisteminə  daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları