Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 10:49:00
Rezidenturaya  qəbul olunanlar bu  qurumlarda qeydiyyatdan keçə bilərlər- SİYAHI

 2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-sı oğlan, 234-ü isə  xanım rezidentlərdir.

Namizədlərdən 165-i  cari, 285-i isə əvvəlki illərin məzunudurlar.

Rezident olanları maraqlandıran əsas məqam isə onların kliniki bazalarda qeydiyyatdan keçmələridir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, rezidenturaya qəbul olanların kliniki bazalarda qeydiyyatı 29 iyul – 2 avqust tarixlərində həyata keçiriləcək.

Onlar bu müddət ərzində sənədlərini müvafiq qurumlara təhvil verərək  qeydiyyatdan keçməlidirlər.

AzEdu.az müxtəlif bazalara qəbul olunanlar üçün qeydiyyatdan keçəcəkləri qurumları təqdim edir:

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə;

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinə;

Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları