Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-20 10:01:00
Dünyanın müxtəlif ölkələrindən olan uşaqlar bir həftə ərzində yedikləri yeməklərlə - Maraqlı fotolar

Gündəlik qida rasionumuz bizim haqqımızda çox söz deyir. Mütəxəssislərin fikrincə, gündəlik qidalandığımız yeməklər bizim zehni sağlamlığımıza təsir göstərir.

AzEdu.az xəbər verir ki, foroqraf Greff Segal bunun əyanı sübutu üçün fərqli mədəniyyətlərə mənsub uşaqları onların mütamadi olaraq yedikləri yeməklərlə (red:milli mətbəx) birgə çəkib.

Uşaqları bir həftə boyunca qidalandıqları yeməklərlə birlikdə çəkən Segal 3 il müddətində 9 ölkə (ABŞ, Hindistan, Almaniya, Fransa, İtaliya, Malayziya, Senegal, Birləşmiş Ərəb Əmirlikləri, və Braziliya) gəzib.

Beləliklə, çəkdiyi fotoları və hekayələrini “Daily Bread: What Kids Eat Around the World” (red: “Dünyanın müxtəlif yerlərində uşaqlar nə yeyir?”) adlı kitabında birləşdirən Segal belə deyir: “Uşaqlara fokuslandım, çünki yemək vərdişi məhz kiçik yaşlarda formalaşır və 9-10 yaşına çatıb, hələ də sağlam qidalanmağı öyrənməmisinizsə, bunu yaş artdıqca etmək daha çətin olur”.

Qeyd edək ki, Cambridge Universitetinin 2015-ci ildə apardığı araşdırmaya görə, ən sağlam qidaların yeyildiyi 10 ölkədən 9-u Afrikada yerləşir. Yəni ən kasıb ölkələrin bir qismi ən sağlam qidalar istehlak edən ölkələr asırasındadır.

AzEdu.az fotoları təqdim edir: