Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 12:34:57
“Ali təhsil haqqında”  qanun layihəsinin yaradacağı yeni imkanlar - VİDEO  

İyulun 2-də Milli Məclisin Elm və Təhsil Komitəsinin jurnalistlər üçün geniş tərkibli olmayan iclası keçirilib.

İclasda təhsil sistemi üçün çox önəmli rol oynayacaq “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılmasına razılıq verib.

İşçi Qrupunun tərkibinə Təhsil Nazirliyinin və təhsil mütəxəssislərinin də qatıldığı iclasda parlamentin Elm və Təhsil Komitəsinin sədri, akademik  İsa Həbibbəyli  İşçi Qrupunun rəhbəri, millət vəkili, professor Bəxtiyar Əliyev  və Təhsil nazirinin müavini  İdris İsayev isə müavinlər seçiliblər.

AzEdu.az-ın təqdim etdiyi kiçik video süjetdə deputatların  “Ali təhsil haqqında” qanun layihəsi, eləcə də komitənin nəzdində yaradılan İşçi Qrupunun fəaliyyəti ilə bağlı  fikirləri ilə tanış ola bilərsiniz: