Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 17:09:09
Hər il bu qədər şagird məktəbi vaxtından əvvəl bitirir - Qayda və prosedurlar  

Hər il təxminən, 30-35 nəfər şagird bu və ya digər təhsil səviyyəsini vaxtından əvvəl bitirə bilir.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev məlumat verib.

F.Həmzəyev bildirib ki, tədris ili ərzində təhsil səviyyəsini dəyişmək üçün təxminən 60-70 nəfər müraciət edir ki, onların da adətən, 50%-i müsbət cavab alır:

"Ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər"

Məlumata əsasən, şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl başa vurması barədə məsələ hər il dekabr ayından gec olmayaraq qaldırılmalıdır.

Qeyd edək ki, şagirdin hər hansı təhsil səviyyəsini vaxtndan əvvəl bitirməsi qaydaları Təhsil Nazirliyinin 1 may 2015-ci il tarixli əmri ilə həyata keçirilir.