Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 11:28:00
Təhsil Nazirliyinin elektron resursları rəqəmlərin diliylə - Respublika üçüncüsü   

Təhsil Nazirliyinin rəsmi internet saytının (edu.gov.az ) izləyici sayı 267 mindən çoxdur.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Bildirilib ki, nazirliyin rəsmi "facebook" səhifəsində abunə sayı 107.788, bəyənmə sayı 105.357; "youtube" sosial media hesabında abunə sayı 11.301, baxış sayı 2.213.404; "instagram" və "twitter"dəki abunə sayı isə 29.725 və 1.487-dir.

Qeyd edək ki, dövlət qurumlarının rəsmi internet saytları arasında aparılan son statistik araşdırmalara əsasən, sayta giriş sayına görə edu.gov.az III yerdə qərarlaşıb.