Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 18:00:00
Şagird çantasının yükü bu yolla azaldılacaq - Ehtiyat dərslik mexanizmi

Şagirdlərin yükünün azadılması məqsədilə ehtiyat dərsliklərin ikihissəli olması nəzərədə tutulub.

AzEdu.az bildirir ki, bu barədə “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev məlumat verib. O qeyd edib ki, bundan sonra bir dərslik iki hissədəm ibarət olacaq. I və II yarımillər üçün ayrı ayrı hissələr nəzərdə tutulub.

Onun sözlərinə görə, bu, şagirdlərin yükünü azaltmaq üçün nəzərdə tutulub. Ehtiyat dərsliklər təbaşirli xüsusi kağızdan istifadə edilərək hazırlanır. Hazırda onların ərsəyə gətirilməsində 80 qramlıq kağızlardan yararlanırlar.

Bu dərsliklər ibtida sinif şagirdləri üçün nəzərdə tutulub. Nəticədə məktəbli çantasının yükü 2 dəfəyə qədər azaldıla bilər.

Gələcəkdə 60 -70 qramlıq kağızlardan istifadənin nəzərədə tutulduğu da diqqətə çatdırılıb.

Qeyd edək ki, hazırda “Ehtiyat dərsliklər” istiamətində bu layihələr icra olunur:

- II sinif Azərbaycan dili və Riyaziyyat dərslikləri;

- “Happy Campers” ibtidai siniflərdə İngilis dili dərslik xəttinin lokalizasiyası;

- I sinif Azərbaycan dili ( dövlət dili kimi ) dərsliyi”

- Məktəbə hazırlıq qrupları üçün vəsait.