Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 17:15:00
"Məktəblinin Dostu" layihəsi üçün 810 nəfər müraciət edib

"Məktəblinin Dostu" layihəsi fəaliyyətə ilk başlayanda, 2016-cı ildə 810 nəfər müraciət edib.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat nümayəndələri üçün təlimində "Məktəblinin Dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev deyib.

O, bildirilib ki, onlayn müraciət edən 810 nəfərdən 317-si imtahan mərhələsindən, onlardan 200 nəfəri isə müsahibə mərhələsindən uğurla keçiblər. Lakin təlimin sonunda 124 nəfər "Məktəblinin Dostu" seçilib.

Qeyd edək ki, "Məktəblinin Dostu" olmaq üçün Azərbaycan vətəndaşının yaşı 30-dək olmalı, ali təhsilli və Asan Xidmət könüllüsü olmalıdır.

"Məktəblinin Dostu" layihəsi reallaşandan bəri təxminən 200 dəfə ilkin tibbi yardım üçün müraciət edilib. Bir neçə dəfə isə məktəbdəki yanğının qarşısı alınıb. "Məktəblinin Dostu" olanların 40%-dən çoxu pedaqogika sahəsində təhsil alan şəxslərdir.
 
Bu layihənin genişləndirilməsi planlaşdırılır. Gələcək planlara görə layihə rayonlarda da tətbiq oluna bilər.