Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 14:58:30
Bu abituriyentlər yay qəbul imtahanlarında iştirak edə bilməyəcəklər – RƏSMİ  

28 apreldə buraxılış imtahanı modelində qəbul imtahanı verməyən əvvəlki ilin məzunları yay qəbul imtahanında iştirak edə bilməyəcəklər.

AzEdu.az-a bu barədə Dövlət İmtahan Mərkəzindən  bildiriblər.

Ali təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılır. Cari ilin məzunları üçün birinci mərhələ buraxılış imtahanları hesab olunur. Əvvəlki ilin məzunları isə buraxılış imtahanı formatında əlavə imtahanda iştirak etməlidirlər.

I mərhələdə  iştirak etməyən abituriyentlər II mərhələyə buraxılmır. Bu səbəbdən, 28 aprel buraxılış imtahanı modelində keçirilən imtahanda iştirak etməyən əvvəlki illərin məzunları yay qəbul imtahanında iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, yay qəbul imtahanlarına elektron qeydiyyat 30 may – 10 iyun tarixlərində aparılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları