Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 13:24:21
Respublika olimpiadasının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar – Yalnız bu ixtisaslara  

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul aparmağa əsas verən beynəlxalq müsabiqə və yarışların siyahısı açıqlanıb.

AzEdu.az xəbər verir ki, qəbuluna görə, bu, “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda əksini tapıb.

Respublika fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

Azərbaycan dili və ədəbiyyat fənni üzrə:

- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

-məktəbəqədər təlim və tərbiyə;

-ibtidai sinif müəllimliyi;

-korreksiyaedici təlim;

-filologiya (dil və ədəbiyyat göstərilməklə);

-jurnalistika;

-kitabşünaslıq;

Tarix fənni üzrə:

-tarix;

-tarix müəllimliyi;

-tarix və coğrafiya müəllimliyi;

-antropologiya;

-politologiya;

-fəlsəfə;

-kitabşünaslıq;

-sosiologiya;

-muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;

Coğrafiya fənni üzrə:

-coğrafiya;

-coğrafiya müəllimliyi;

-tarix və coğrafiya müəllimliyi;

-regionşünaslıq (regionlar üzrə);

-ekologiya;

-hidrometeorologiya;

Riyaziyyat fənni üzrə:

-riyaziyyat;

-riyaziyyat müəllimliyi;

-riyaziyyat və informatika müəllimliyi;

-mexanika;

-kompüter elmləri;

-kompüter mühəndisliyi;

-mexatronika və robototexnika mühəndisliyi;

-enerji maşınqayırma mühəndisliyi;

-maşın mühəndisliyi;

-geofizika mühəndisliyi;

-neft-qaz qurğuları mühəndisliyi;

-elektroenergetika mühəndisliyi;

-istilik energetikası mühəndisliyi;

-avianəqliyyat istehsalatının təşkili mühəndisliyi;

-aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi;

-hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;

-hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın

təhlükəsizliyi mühəndisliyi;

-gəmiqayırma və gəmi təmiri mühəndisliyi;

-yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi;

-cihazqayırma mühəndisliyi;

-texnoloji maşın və avadanlıqlar mühəndisliyi;

-elektrik mühəndisliyi;

-elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi;

-mexanika mühəndisliyi;

-kompüter mühəndisliyi;

-informasiya texnologiyaları və sistemləri mühəndisliyi;

-inşaat mühəndisliyi;

-nəqliyyat tikintisi mühəndisliyi;

-tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi;

-statistika;

Fizika fənni üzrə:

-fizika;

-fizika müəllimliyi;

-mexanika;

-geofizika mühəndisliyi;

-elektroenergetika mühəndisliyi;

-elektrik mühəndisliyi;

-materialşünaslıq mühəndisliyi;

Kimya fənni üzrə:

-kimya;

-kimya müəllimliyi;

-kimya və biologiya müəllimliyi;

-ekologiya;

-qida məhsulları mühəndisliyi;

Biologiya fənni üzrə:

-biologiya;

-biologiya müəllimliyi;

-kimya və biologiya müəllimliyi;

-ekologiya;

-balıqçılıq və balıqçılıq təsərrüfatı işi;

-su bioehtiyatları və akvabitkilər;

-bitki mühafizəsi;

-aqronomluq;

-zootexniklik;

-baytarlıq;

-psixologiya;

-qida məhsulları mühəndisliyi;

İnformatika fənni üzrə:

-riyaziyyat və informatika müəllimliyi;

-informatika müəllimliyi;

-kompüter elmləri;

-kompüter mühəndisliyi;

-proseslərin avtomatlaşdırılması mühəndisliyi;

-informasiya texnologiyaları;

-sistem mühəndisliyi;

-mexatronika və robototexnika mühəndisliyi

Günel Yaşarqızı
Müəllifin digər yazıları