Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-10 17:00:00
“Heydər Əliyev Fondu qibtə olunacaq səviyyədə böyük işlər görür” - 15 yaş  

Bu gün Heydər Əliyev Fondunun yaranmasından 15 il ötür

2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

“Heydər Əliyev Fondu qibtə olunacaq səviyyədə böyük işlər görür”

Bu sözləri AzEdu.az-a millət vəkili Şəmsəddin Hacıyev deyib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu 15 il ərzində təhsil istiqamətində misilsiz  işlər görüb:

“Artıq Heydər Əliyev Fondunun yaranmasından 15 il ötür. Heydər Əliyev  Fondunun  gənc nəslin müvafiq biliklərə yiyələnməsi istiqamətində  gördüyü  işlər misilsizdir.  Heydər Əliyevin  Fondu yarandığı ilk vaxtlardan  təhsil sahəsini öz fəaliyyətinin ənprioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onu da bildirim ki, Heydər Əliyev Fondunun sayəsində çox məktəblərimiz, müasir texnologiyalarla tikilərək şagird və müəllimlərimizin ixtiyarına verilib. Eyni zamanda köhnə məktəblərimiz  ən müasir sistemlərlə təchiz olunub. Həmçinin, ən müasir avadanlıqlarla təchiz olunan bağçalarımızda tikilib. Onu da bildirim ki, Heydər Əliyev Fondunun ərsəyə gətirdiyi təhsil müəssisələri ən müasir texnologiyalara cavab verir.

Həmçinin, fond tərəfindən ərsəyə gətirilən təhsil müəssisələrinin pedaqoji  kadrları da yaxşı mənada digərlərindən fərqlənir. Ümumiyyətlə, Heydər Əliyev Fondu tərəfindən tikilən məktəblərimiz nümunəvidir. Bundan savayı Heydər Əliyev Fondu gənclərin təhsil almaqları üçün də böyük işlər görüb. Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın rəhbərliyi altında fondun gördüyü misilsiz  işlər hazırda da davam etdirilir.  Artıq Heydər Əliyev Fondunun fəaliyyət istiqaməti genişlənib. Ümumiyyətlə, Heydər Əliyev Fondu qibtə olunacaq səviyyədə böyük işlər görür”.

Millət vəkili Asim Mollazadə bildirib ki, Heydər Əliyev Fondu  bütün istiqamətlərdə olduğu kimi təhsil sahəsində böyük işlər görür:

“Heydər Əliyev Fondu Azərbaycan təhsili istiqamətində böyük işlər görür. Azərbaycan xalqı tərəfindən də bu fondun fəaliyyəti dəstəklənir. Heydər Əliyev Fondu gənclərimizin perspektivləri üçün çox əhəmiyyətlidir”.

Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları