Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-12 14:03:00
49-cu yayın acı soyuğu –Sabir mübarizəsi

AzEdu.az Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistrantı Xəyalə Məzahirqızının böyük maarifçi Mirzə Ələkbər Sabirlə bağlı məqaləsini təqdim edir:

“Mən millətimdən nigaran gedirəm. O millətim ki, yolunda vücüdumun ətini çürütdüm, əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda çürüdərdim”

                                                                                                   M.Ə.Sabir.

Şamaxının tanınmış tacirlərindən olan Zeynalabdinin bir neçə oğlu və qızı olmuşdur. Ələkbər onun axırıncı oğlu idi ki, O, 30 may 1862-ci ildə  Şamaxıda  anadan olmuşdu. İstedadı, böyük düşünmə bacarığı ilə ailədə başqa uşaqlardan seçilirdi. Atası onun gələcəkdə dərviş olmağını istəyirdi. Hətta,bu az yaşlı uşağa uzunətək dərviş paltarı da tikdirmişdir. Məktəb yaşına çatdıqda Məşədi Zeynalabdin övladını fəxrlə məhəllə mollaxanasına yazdırdı. Burada uşaqlar saatlarla eyni avazla mollanın dediyini təkrarlayırdı. Ələkbər üçün bu mühit başa düşülməz idi.

1874-cü ildəŞamaxı Ruhani məclisinin üzvi Hacı Səyid Ünsizadənin köməkliyi ilə Hacı Seyid Əzim Şirvani “Məclis Məktəbi” adında yeni bir  məktəb açmışdı.Mollaxanalardan fərqli olaraq burada taxtadan düzəldilmiş oturacaqlar və masalar qoyulmuşdu.Yazı lövhədə yazılır, hər saatda uşaqlara 15 dəqiqlik tənəffüz verilirdi.Fənnlərdən hesab, coğrafiya, tarix, rus dili, fars dili, Azərbaycan dili keçirilirdi.Bu məktəb Şamaxıda bir yenilik idi, cahil insanlar və mollalar bu yeniliyin əleyhinə çıxdılar.Bütün hədə-qorxularına baxmayaraq, bu savadlı, cəsarətli insana mane ola bilmədilər.Hətta,birinci dəfə Şamaxıda sünni-şiə ixtilafına qarşı çıxan da S.Ə.Şirvani olmuşdu. Mübarizədən qalıb çıxan müəllimin məktəbi azbir zamanda şöhrət qazandı. Məşdi Zeynalabdin kimi mühafizəkar bir şəxs oğlu Ələkbəri mollaxanadan çıxarıb məktəbə qoydu. Sultanməcid Qənizadə şairi xatırlayaraq yazır ki: “Məktəb açılandan bir il sonra qrupumuza bir şagird gəldi.O, qiyafədə kasıbca, cismdə arıqca, əxlaqda çox yüksək, səviyyədə dinməz-söyləməz balaca bir uşaq idi.Onun soyadı yox idi,müəllim babası Hacı Tahirin adını ona soyad qoydu.”. M.Ə.Sabir çox böyük həvəslə iki il oxudu, O, bədahətçi, hazırcavab, az danışan, çox dinləyən şagird idi.Yeni yazdığı şeirləri müəllimi ilə müzakirə edib,onun məsləhətlərinə əməl edərdi.Bir gün Seyid Əzim Şirvani dərsdə”Sənin içində böyük bir şairlik istedadı yatır, gün gələcək sən böyük şairlərdən biri olacaqsan”-demişdi.

 

Atasının ticarət işləri yaxşı getmədiyindən Ələkbəri məktəbdən ayırır.Ona iki illik təhsilin kifayət etdiyini, indi isə ticarətlə məşğul olmağını istəyir.Oxumaq eşqi ilə ürəyi döyünən bu uşağın dükana,alış-verişə heç marağı olmur.Hətta, dükanda belə kitab mütailə edir, şeir yazırdı.Onun bu davranışı ata ilə oğul arasında ixtilaflara səbəb olur.Bir gün şeirlər yazdığı dəftərçəsini atası onun gözü qabağında cırır. Uşaqlıqdan yazdığı və müəllimi  Seyid Əzimin təchih etdiyi bütün şeirlər bu dəftərdə idi. Lakin yolundan dönməyən Ələkbər dükanda alış-verişlə məşğul olduğu halda, çoxlu kitablar oxuyur, şeir və qəzəllər yazır.İki-üç ildən sonra Şamaxının tanınmış şairlərindən biri olur, müəllimi ilə tez-tez şairlər məclisində iştirak edir.Yaradıcılığa həvəsi daha da böyüyən Ələkbər Xorasana  səfərə  çıxır, bu  zaman  onun  23 yaşı  vardı. Türkmənistanda olarkən atasının ölüm xəbərini alır, anasını təkidi ilə Şamaxıda yaşamaq məcburiyyətində qalır.Anasının onun üçün bəyəndiyi Billurnisə xanımı əvvəlcə istəmir,bir dəfə onunla göz-gözə gəlir.Özünün dediyi kimi gözlərinin gözəlliyi sanki şairin ruhuna dolur, bir müddətdən sonra evlənməyə razılıq verir. 25 yaşında evlənən şairin on bir uşağı olur, yalnız üçü sağ qalır. Onlardan əksəriyyəti körpə yaşlarında və ya doğulan  kimi dünyasını dəyişir. Həmidə xanım Məmmədquluzadə xatirələrində yazır ki: “Ələkbər çox sakit təbiətli, yavaş-yavaş danışan, səmimi, zarafatcılbir insan idi.Bir gün O anasının kərbəla ziyarətinin səbəblərindən bizə danışarkən dedi: “Bizim arvad hər il ramazan ayında bir qız övladı dünyaya gətirərdi,səkkiz qızımız olduğu halda heç oğlumuz yox idi.Odur ki, anam hər dəfə qız doğulanda qara geyinərdi. Qonşunun arvadları gəlib ona  baş sağlığı verərdi.Axırki ,1909-cı ildə yenə ramazan ayında bizim bir oğlumuz oldu.Anam yerə-göyə sığmırdı,oğlumun adını da Məmmədsəlim qoydu”.

Böyük bir ailə başcısı olan M.Ə.Sabir ailəsini böyük sıxıntılarla dolandırırdı.Atasından qalan dükanda sabun bişirib satırdı.Şairin qızı Səriyyə xanım atası ilə bağlı xatirələrindən danışırdı: “Atam dükandan  yornuq gəlməsinə baxmayaraq,O, anam vəmənə yazı yazmağı,kitab oxumağı öyrədirdi, mənədə “anaşım” deyərdi,təzə  yazdığı şeirləri ilk mənə dinlətdirərdi.Həyatımızın yoxsulluqla keçməsinə baxmayaraq, atam ömrü boyu bizi xoş üzlə,zarafat və şuxluğu ilə qarşılayardı,hətta ətrafındakı cahil insanlar onun üstünə mənəvi cəhətdən getdiyi halda səbir edirdi. Bir gün nənəm-atamın doğma anası anamın yanına gəlib dedi. “Sən niyə boşanmırsan, bu qədər mollaya qarşı gəlir. Mən də südümü halal etməyəcəm”.Atam isə bu sözlərə sadəcə gülürdü”.

M.Ə.Sabir bir çox mətbut orqanları ilə əməkdaşlıq edirdi.İlk mətbu şeirləri də“ŞərqiRus”və  “Həyat” qəzetlərində çap olunmuşdur.Bundan başqa “Zənbur” jurnalı, “Səda”qəzeti ,“Molla Nəsrəddin”jurnalı ilə yaxından əməkdaşlıq etmişdir.Bu mətbubat orqanlarından “Molla Nəsrəddin”nin ən fəal üzvlərindən biri olmuşdu.Cəlil Məmmədquluzadə yazırdı:”Biz jurnal üçün şair axtarırdıq, birinci nömrəmizdə elan tipli şeir də vermişdik. İlk nömrəmiz şairin əlinə keçir. Al gəldi Molla əmi deyərək bizə “Ol gün ki, sənə xaliq edər lütf bir övlad”şeirini yazıb göndərir.Biz yeddinci nəşrə hazırlaşırdıq. Redaksiyaya bir oğlan uşağı məktub verib getdi,elə bildik ki,yenə hədə-qorxu məktubudur.Açdıq ki, bir ləzzətli şeir parçası...İmza olmadığı üçün “Hop-Hop” imzası ilə çap etdik.Bir həftə sonra yene məktub gəldi,”Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!” şeiri də içərisində.Biz onu da 11-ci nömrəmizdə çap etdik.Dedim ki bu şair bizə gərəkdir, aman günüdür,Faiq yoldaş tap o Zalımoğlunu!.Yoldaş Ömər Faiq Nemənzadə növbəti dəfə bu uşağın arxsasınca düşdü.Gedib Şamaxıda bir xalça dükanına rast gəlir.Dükanın sahibi maarifpərvər tacir Əbdürrəhim Səmədov Faiq əfəndini görər-görməz tanıyır.Bu şeirləri Şamaxılı Mirzə Ələkbər adlı şairin yazdığını və cahil insanlardan onu qorumaq üçün şeirlərin burdan göndərildiyini bildirir.Ona görə ki,buradan göndərilən məktublar xalça dükanından olduğu üçün yoxlanılmır.Beləcə hər həftə şairin bizə göndərdiyi şeirləri çap edirdik, maddi vəziyyətimizin zəifliyindən ayda  Ələkbərə10 manat göndərə bilirdik.”

Şairə Sabir-səbir edən təxəllüsünü də bu jurnalın əməkdaşları vermişdi.”Molla Nəsrəddin”də Sabirin 40-dan çox gizli imza ilə şeiri dərc edilmişdi. Ən çox işlətdiyi “Güləyən”, “Əbunəsr-Şeybani”, “Cingöz bəy” imzalar idi. O,xalqının maariflənməsi, elmlənməsi üçün cəsarətlə “Molla Nəsrəddin”nin meydanına atılmışdı.

   1908-ci ilin aprelində Bakıda imtahan verərək müəllimlik şəhadətnaməsi alır və “Ümid”adlı məktəb açır.O, bu fəaliyyəti ilə 75-dən çox Şamaxılı uşaqlara ders keçir,hətta uzaqdan gələn şagirdləri özü gətirib-aparırdı.Lakin mollaların və köhnəpərəstlərin təqibinin, hədələrinin arası kəsilmir. Bir tərəfdən də maddi vəziyyəti ağır olan müəllim 1910-cu ildə məktəbi bağlamaq məcburiyyətində qalır. Mirzə Ələkbər dostlarının dəvəti ilə Balaxanıdakı “Nəsri-Maarif” cəmiyyəti tərəfindən açılmış oğlanlar məktəbində Azərbaycan dili müəllimi işləyir. Ayda 30 manat məvacib alan müəllimin burda da bəxti üzünə gülməyir.Balaxanının çirikli havası şairin ciyər xəstəliyini daha da ağırlaşdırır.Bunu görən qələm yoldaşları onu Tiflisə dəvət edir, ən tanınımış həkimlərə müayinə etdirirlər.Tiflisin o zamankı ən gözəl xəstəxanası olan Aramyansa yerləşdirirlər.Bir müddət müalicə aldıqdan sonra Azəzbaycanın vətənpərvər övladı Mirzə Cəlil Məmmədquluzadə böyük bir şairin xəstəxana divarları arasıda qalmasına razı olmur.Müalicəsini öz evində-Davidov küçəsi, 24 nömrəli mənzilində davam etdirir.Bu ev həm də “Molla Nəsrəddin”jurnalının redaksiyası idi. “Şərqi –Rus”qəzeti bağlandıqdan sonra Mirzə Cəlil ən yaxın dostu Ömər Faiq Nemənzadə ilə birləşib Məşədi Ələsgər Bağırovun maddi dəstəyi ilə mətbəəni satın alır və adını “Qeyrət” qoyur.Burada Sabir üçün xüsusi bir otaq hazırlanır.Şəfqət bacılığını da Mirzə Cəlilin həyət yoldaşı Həmidə xanım Məmmədquluzadə öz üzərinə götürür, hər əziyyətini şərəflə çəkir.S.M.Qənizadə yazırdı: “Sabir tez-tez Həmidə xanımın ona çəkdiyi əziyyətdən danışırdı və deyirdi ki, “Allah ömür versəydi onun xəcalətindən az da olsa çıxardım. Mirzə Cəlillə bərabər mənim qayğıma bir körpə uşağın qayğısına qalarcasına baxdılar, mən bunu unutmaram” ”. Doğurdan da, Mirzə Cəlil ona həm maddi ,həm də mənəvi cəhətddən çox dəstək olmuşdur. Bir müddət müalicə aldıqdan sonra həkimlər ona verilən dərmanların təsir etmədiyini görüb şairi əməliyyat etməyə qərar verirlər. Lakin Sabir razılaşmır və belə bir zarafatla deyir: “ mənim qarnım pul kisəsi deyil ki, açıb içinə baxıb örtəsiniz” . Sabirin vəziyyəti günü-gündən ağırlaşır, belə olan halda o öz ailəsinin yanına qayıdır. Şamaxıda onun müalicəsini ən yaxın dostlarından biri olan Abbas Səhhət öz üzərinə götürür. Lakin hər kəs ümidin kəsmişdi. Onun dostları tez-tez ona baş çəkir, ona maddi yardım göstərirdilər. Hətta, Mirzə Cəlil hər ay ona öz cibindən 30 manat pul göndərirdi. “Molla Nəsrəddin” jurnalında şairin adına ianə də toplamışdı. Ələkbərin böyük qardaşı Mehdiqulunun oğlu Tahirzadə“ Əmimin son günləri” adlı xatiratında yazır:“ Bir gün səhər hörmətli tacirlərdən Əbdürrəhim Səmədov əmimin yanına gəldi, 300 manat pul və bir məktub verdi. Məktub Mirzə Cəlildən idi. Əmimin yanına gələ bilmədiyi üçün üzürxaqlıq etmişdi, bu pulu da özündən bir tövhə kimi qəbul etməsini diləmişdi.İanənin toplanmasında ilk pulu qoyan da Həmidə xanım olmuşdu. Lakin  onun heç zaman bu ianədən xəbəri olmadı. Əmimin öldüyü gecəni mən çarpayısının yanında əyləşmişdim.Saat 3-4 olardı. O bizə nəisə dedi, lakin başa düşə bilmədik. Beləcə əmimin son arzusu anlaşılmaz olaraq qaldı”

1911-ci il iyulun 12-də 49 yaşında bu dünyanın zülmündən qurtaran M.Ə.Sabirlə vidalaşmaq üçün böyük bir izdiham var idi.Maarifpərvər cavanlar və dostları şairin cansız bədənini əlləri üstündə Qalabazar məscidinin qarşısına gətirirlər.Məhəllə axundu Ağa Mir Mehdi şairin namazını qılmaqdan imtina edir.Ziyalı gənclərin səsini ucaltması nəticəsində, məcburiyyətdən Mirzə Ələkbərinnamazını qılır və beləliklə, şeirləri ilə şirin-şirin ağladan, acı-acı güldürən, cəhalətə qarşı var gücü ilə mübarizə aparan, milli və ölməz şairimiz “Yeddi Günbəz” qəbirsanlığında dəfn edilir.Şairin yaradıcılığına sovet dövründə,eləcə də müstəqillik dövrümüzdə çox yüksək  qiymət verilmişdir.Ona ən böyük qiyməti Abbas Səhət demişkən sağlığında şairin öz vicdanı vermişdi.

Dəyişib dövrü-zaman hamı gümannan danışır,

Molla rüşvətxanadan,kafir imandan danışır.

Qalmayıb sevgi, məhəbbət işığından bir ümid ,

Məcnun artislik edir,Leyli yalandan danışır.

İstədim dillənib öz haqqımı  isbat eləyim,

Dedilər:”Pulsuz olan insan haçannan danışır?!