Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 10:25:00
“Özümü elmə adamışam, haradasa işləmək üçün isə...”- Əli Nağıyev  

Azərbaycanın keçmişəmək və əhalinin sosial müdafiə  naziri, Yeni Azərbaycan Partiyasının qurucularından biri Əli Nağıyev bir zamanlar həm də elmi və pedaqoji fəaliyyətlə məşğul olub.

Bir müddət Bakı Dövlət Universitetində  dosent vəzifəsində çalışan  Əli Nağıyev uzun müddətdir ki, bu fəaliyyətinə də ara verib.

Özünün də dediyinə görə, o, hazırda heç bir universitetdə fəaliyyətini davam etdirmir.

Bununla bağlı AzEdu.az-a danışan  sabiq nazir  hazırda səhhətində bir az problemlər olduğunu amma, özünü yaxşı hiss etdiyini deyib:

“Hazırda özümü elmə adamışam. Bütün günümü demək olar ki, evdə keçirirəm.Boş vaxt tapan kimi kitab oxuyuram.İntellektual məsələlərlə məşğul oluram.Haradasa işləmək üçün isə hələ ki, mənə təklif gəlməyib”.

Qeyd edək ki, Əli Nağıyev 1980-1983-cü illərdə Leninqrad Aqrofizika İnstitutunun aspirantı olub, 1983-cü ildə isə namizədlik dissertasiyası müdafiə edib.

Texnika elmləri doktorudur. 1983 -cü ildən Bakı şəhərində elmi-tədqiqat institutlarında kiçik elmi işçi, baş elmi işçi vəzifələrində işləyib.

Elmi fəaliyyəti riyaziyyatın ekoloji və iqtisadi sistemlərə tətbiqi sahəsinə aiddir. Bir neçə monoqrafiyanın və 30-dan artıq elmi məqalənin müəllifidir. 1987-ci ildən Bakı Dövlət Universitetinin dosenti olub.

Şükufə Süleymanlı