Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-23 12:39:00
Deputat Azərbaycandakı elmi tədqiqatlara sərf olunan vəsaiti müqayisə etdi- İNFOQRAFİKA

 

Deputat Tahir Mirkişili özünün şəxsi feysbuk hesabında Azərbaycanda aparılan elmi tədqiqatlara xərclənən maddi vəsaitdən bəhs edib.

AzEdu.az milət vəkilinin müqayisə aparmaqla bərabər, təqdim etdiyi infoqrafikanı da oxucuların diqqətinə çatdırır:

Dünyada Elmi Tədqiqat işlərinə 1.7 trln dollar vəsait xərclənir. Bunun yarısı 2 ölkənin payına düşür. ABŞ - 476.5 mlrd dollar, Çin - 370.6 mlrd dollar. 
Azərbaycan elmi-tədqiqatlara 352 milyon dollar vəsait sərf edir.

Müqayısə üçün deyək ki, bu məbləğ Gürcüstanda 64 mln dollar, Ermənistanda 59 mln dollardır. Yəni, Azərbaycan Gürcüstan və Ermənistanın bir yerde elmi tədqiqatlara xərclədiyindən 3 dəfə daha çox vəsait xərcləyir.

Bu isə dayünıqlı və innovativ iqtisadi artım, 4-cü sənaye inqilabı şərtlərinə cavab vermək üçün önəmli şərtlərdən biridir.