Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-16 15:19:00
Dərsliklərdən narazı qalan yerli təhsil orqanları və məktəblər nə etməlidir? – Vəzifələr

Ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin təhsil sahəsindəki prioritet istiqamətlərdən biridir. Respublikamızda dərslik siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirməkdir.

AzEdu.az dərslik siyasətinin həyata keçirilməsində yerli təhsil orqanları və məktəblərin vəzifələri haqda məlumatı təqdim edir:

Tabeliklərində olan ümumtəhsil məktəblərinin dərsliklərə tələbatını müəyyənləşdirib, Təhsil Nazirliyinə təqdim etmək yerli təhsil orqanlarının vəzifəsidir. Eyni zamanda, bu qurumlar məktəblərdə dərsliklərin qorunmasına və onlardan səmərəli istifadə olunmasına nəzarət edir. Həmçinin,  yerli təhsil orqanları dərsliklərin məzmunu, çap keyfiyyəti, normativlərə uyğunluğu barədə Təhsil Nazirliyinə təkliflər verə bilər.

Bəs dərslik siyasətinin həyata keçirilməsində məktəblərin vəzifələri hansılardır?

- Təhsil Nazirliyinin sifarişi ilə nəşr olunan, donor təşkilatlar tərəfindən bağışlanan dərsliklərin və vəsaitlərin mövcud qaydalara uyğun şəkildə məktəblərin fonduna daxil edilməsini və səmərəli istifadəsini təmin edir;

- dərslik fondunun yaradılmasına, yeniləşdirilməsinə, qorunmasına və ondan istifadə olunmasına dair tədbirləri həyata keçirir;

- valideyn-müəllim assosiasiyaları ilə birlikdə dərsliklərin seçimini aparır;

- tədris ilinin sonunda dərsliklərin fonda qaytarılmasını, istifadə müddəti başa çatmış dərsliklərin təlimata uyğun olaraq silinməsini təmin edir.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi Ümumi təhsil sistemində dərslik siyasətinə istinadən yazılıb.