Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 16:40:32
BDU-nun yeni rektoru Elçin Babayev kimdir? – Elmi nailiyyətləri-DOSYE   

Prezident İlham Əliyevin Sərəncamı ilə  Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

AzEdu.az Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun sabiq icraçı direktoru, yeni rektor haqqında ətraflı məlumatı-dosyeni təqdim edir: 

Elçin Babayev 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında dünyaya gəlib.

AMEA “Azərbaycan Astronomiya Jurnalı”nın Baş redaktor müavini vəzifəsidə çalışıb. Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Astrofizika, radioastronomiya ixtisasına yiyələnib.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Həmçinin AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsi şöbəsinin rəhbəridir.

Elmi nailiyyəti

AMEA  N.Tusi  adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsi şöbəsinin rəhbəri vəzifələrində çalışan alimin sayəsində  Helioseysmologiya və Günəş atmosferində rəqslər və dalğaların tədqiqi üzrə silsilə nəzəri işlər yerinə yetirilib.

Həmçinin, ağırlıq qüvvəsi və maqnit sahəsi nəzərə alınmaqla güclü dərəcədə qeyri-bircins olan plazmada qeyri-adiabatik maqnit-akustik-qravitasiya (MAQ) dalğalarının yayılması və transformasiyası nəzəriyyəsi işlənilib-hazırlanıb.

Aparılan tədqiqatlar nəticəsində  Hiperhəndəsi Meyer funksiyaları ilə ifadə olunmuş maqnit-hidro-dinamik (MHD) tənliklərin tapılmış analitik həlləri plazmanın qeyri-bircinsliyi və maqnit sahəsi səbəbindən bir tip dalğaların digərlərinə transformasiyasının tam nəzəriyyəsini qurmağa imkan verib. Dalğaların transformasiya və əks olunmasını xarakterizə edən müvafiq energetik əmsallar hesablanıb.

Nəticələr Günəş şəraitinə tətbiq edilmiş və dalğaların fotosferin dərin qatlarından yuxarı qatlarına yayılması zamanı udulması və əks olunması tədqiq edilib.

Dalğaların qeyri-bircins mühitdə (plazmada) şüalanma ilə qarşılıqlı təsiri araşdırılıb. Silsilə işlərdə radiasiya itkiləri nəzərə alınmaqla qeyri-bircins, şüalanan, sıxıla bilən, stratifikasiya olunmuş istilik mübadiləsi baş verən mühitdə qeyri-adiabatik və ixtiyari optik qalınlığa malik kiçik hidrodinamik həyəcanlaşmalar tədqiq edilib.

Şüalanma intensivliyinin fluktuasiyalarını təsvir edən tənlik çıxarılmış və ilk dəfə olaraq energetik itkilər funksiyası üçün Eddinqtonyaxınlaşmasında izotermik atmosfer halında analitik həllər tapılıb. Tapılmış dəqiq həllər əsasında qeyri-adiabatik atmosfer (akustik və qravitasiya) dalğalarının yayılması və radiasiya sönməsinin ümumi nəzəriyyəsi qurulmuşdur. İstilik və akustik dalğa modlarının qarşılıqlı təsirini, onların transformasiyasını nəzərə alan qeyri-adiabatik rəqslərin yaradılmış modeli Günəşin 3.3 mHz (5 dəqiqəlik rəqslər) tezliyində inteqral şüalanma selinin fluktuasiyalarınınpaylanmasındakı müşahidə olunan maksimumu izah etməyə imkan yaradıb.

Qeyd olunan tezlikdə selin fluktuasiyalarınınamplitudunun nisbi qiymətləri 1/100000 olmuşdur və bu rəqəm müxtəlif beynəlxalq eksperimentlərin müşahidələrinin nəticələrinə uyğun gəlib. Göstərilib ki, akustik və istilik dalğalarının yayılma sürətlərinin təqribən bərabər olduğu fotosfer səviyyələrində səs dalğaları əhəmiyyətli dərəcədə qeyri-adiabatik olur və rəqslərin modları bir-birinə qarışır. Nəticədə, eyni bir tezlikdə səs və istilik dalğalarının eyni zamanda müşahidəsi imkanı yaranır.

Akustik və istilik dalğalarının inteqral şüalanma selinin və hərəkət sürətinin fluktuasiyalarına verdiyi töhfə müqayisə edilmişdir. Müəyyənləşdirilmişdir ki, Günəşin kəsilməz spektrində müşahidə olunan rəqslər əsasən istilik rəqsləridir, akustik dalğalar isə daha çox hərəkət sürətinə töhfə verirlər və bu da öz növbəsində Dopler ölçmələri ilə təsdiq edilir. Günəşin radial rəsqləri üçün inteqral şüalanma seli (parlaqlıq) və şaquli hərəkət sürəti (İ-V spektr) arasındakı faza sürüşməsinin nəzəri spektri hesablanıb.

Alınan nəticələrin müşahidə materialları ilə müqayisəsi rəqslərin 2.4 – 3.6 mHz tezlik intervalında kifayət qədər uyğunluq göstərir. İstilik rəqslərinin töhfəsi şüalanmanın inteqral selinin fluktuasiyalarında, akustik rəqslərinki isə - hərəkət sürətində dominant olduğundan belə bir nəticəyə gəlinir ki, alınmış faza sürüşməsi istilik və qeyri-adiabatik səs rəqsləri arasındakı fazalar fərqidir. Şüalanma itkiləri nəzərə alınmaqla müxtəlif tip qeyri-adiabatik maqnit-akustik-qravitasiya dalğalarının stratifikasiya olunmuş atmosferdə xətti transformasiyası, əks olunması və udulmasının daha təkmil nəzəriyyəsi qurulmuşdur. Maqnit sahəsinin meylinin dalğaların sönməsinə təsiri tədqiq edilmiş və müəyyənləşdirilmişdir ki, sahənin meyli artdıqca MAQ dalğaların şüalanma udulması kəskin surətdə güclənir.

Hərəkət sürətinin rəqsləri və plazma temperaturunun fluktuasiyaları arasında Günəş ləkəsinin fotosferi səviyyəsində amplitud nisbəti və faza sürüşməsi hesablanıb. Müəyyən olunub. ki, ləkənin kənarına yaxınlaşdıqca faza sürüşməsi kəskin artır. Göstərilmşdir ki, Doplersürüşmələrində rəqslərin müşahidə olunması üçün ən əlverişli sahə ləkənin kölgəsi, intensivlikdə isə - yarımkölgəsidir. Bu halda müşahidə olunan rəqslərin hər tezliyi üçün sürət və intensivlik fazaca dəqiq fərqlənirlər. Analiz nəticəsində göstərilmişdir ki, 3 dəqiqəlik rəqslər maqnit sahəsinin güclü meylə malik olduğu ləkə yarımkölgəsində parlaqlığın rəqslərində daha yaxşı müşahidə oluna bilər.

Alınmış nəticələr nüfüzlu jurnallarda dərc olunub və onlarla Rusiyada keçirilmiş və beynəlxalq konfrans, simpozium, seminar və qış məktəblərində məruzə edilib.

“Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi” mövzusu üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində silsilə işlər yerinə yetirilib, yeni elmi istiqamət yaradılmış və kəsişən elm sahələri (astronomiya, elektrofizika, geofizika, ionosfer fizikası, tibb, biologiya, zoologiya və s.) üzrə işlərin əsası qoyulub. 

1999-2000-ci illərdə BMT-nin Xarici kosmosun tədqiqi üzrə Vyana Ofisinin (UNOOSA) proqramı çərçivəsində bir il müddətində Avropa Kosmik Agentliyində (Hollandiya) tədqiqatçı alim kimi çalışarkən Yer ionosferində yayılan mikrodalğa uzunluqlu elekromaqnit dalğalarının ssintilyasiysınınöyrənilmişdir. TransionosferikGHz tezlikli GPS siqnallarının ssintilyasiyasınaheliogeofiziki şəraitin və digər fiziki faktorların təsiri bütün en dairələri üçün araşdırılmış, orta en dairələri üçün daha ətraflı tədqiq edilmiş və nəticələr Avropa Kosmik Agentliyində dərc olunmuşdur (E.S.Babayev, Scintillation of transionospheric radio waves. EuropeanSpaceAgency (ESA) Publication - EWP- 2064, ESA PublicationsDivision: ESTEC Repro, Noordwijk, TheNetherlands, 2000, 185 pages). 

Günəş-Yer əlaqələrinin öyrənilməsi və kosmik hava variasiyalarının texnoloji və ekoloji sistemlərə təsirinin öyrənilməsi üzrə İsrail, ABŞ, Yunanıstan, Bolqarıstan, Belçika, Ukrayna, Rusiya, İngiltərə, Slovakiya və digər ölkələrin alimləri ilə aparılmış elmi-tədqiqat işləri nəticəsində mühüm və yeni nəticələr alınmış, xaricdə nüfuzlu jurnallarda onlarla məqalələr dərc olunmuş, bu işlərə onlarla istinadlar verilmiş, nəticələr 50-dən yuxarı beynəlxalq konfrans, simpozium və seminarlarda şifahi məruzə edilib. 

Elçin Babaye Azərbaycan Dövlət Pedaqoji Universiteti (1996-1997), Bakı Dövlət Universiteti (1998-1999), Əmək və Sosial Münasibətlər Akademiyası (1996-1999) və  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Rəhbər Dövlət İdarəşiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında (2013-2016) pedaqoji fəaliyyətlə məşğul olub.