Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 14:52:00
Dinləmə sualları ilə bağlı narahatlıqların əsas səbəbi məktəblərdəki şəraitsizlikdir – AZEDU.AZ-DA SORĞU

2018-2019-cu tədris ilində IX və XI sinif buraxılış və magistraturaya qəbul imtahanlarında şagird və tələbələrə xarici dil fənnindən dinləmə - “listening” sualları da təqdim olunur.

Buraxılış imtahanlarında təqdim olunan 15 sualdan 6-sı, magistraturaya qəbul imtahanlarında isə 25 sualdan 5-i dinləmə mətni əsasında tərtib edilir.

AzEdu.az budəfəki sorğusu da buraxılış və magistratura imtahanlarındakı “listening” tipli suallarla bağlı idi.

“Buraxılış və magistraturaya qəbul imtahanalarında “Listening” tipli  suallarla  bağlı  əsas  narahatlığınız  nədir?” sorğu sualının cavablarına əsasən, çoxluq (28.5%)  məktəblərdə bunun üçün şərait (məs:disk,linqafon,internet) yoxluğundan narazılıq edirlər.

AzEdu.az sorğunun nəticələrini təqdim edir:

1.Məktəbdə bunun üçün şərait (məs:disk,linqafon,internet) yoxdur – 28.5%
2.Müəllimlər bu istiqamətli dərslər keçmirlər – 12.2%
3.İmtahanlara  “listening”  tipli  sualların salınması qərarı ictimaiyyətə gec açıqlandı – 11.5%
4.Təqdim olunan “listening” mətninin təkrarlanma sayı azdır – 9.04%
5. Xarici dil dərsliklərində dinləmə mətnləri ilə bağlı tapşırıqlar yoxdur – 8.14% 
6.Orta məktəb müəllimlərinin “listening” bacarığı aşağıdır – 7.66%
7.Dil biliklərimi təkmilləşdirməmişəm – 7.59%
8.“Listening” tipli sualların sayı çoxdur - 7.59%
9.Təqdim olunan dinləmə mətninin həcmi çoxdur - 7.59%