Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-08 16:10:00
Valideyn hansı halda elektron sorğunu ləğv edib, başqa məktəbi seçə bilər? – I sinfə qəbul

 

Son günlər birinci siniflərə qəbulla bağlı suallar bitib-tükənmək bilmir Qeyd edək ki, cəmi bir neçə gündən sonra- martın 13-də birinci siniflərə qəbul aparılacaq.

AzEdu.az Bakı Şəhəri üzrə Təhsil idarəsinə istinadən bu istiqamtdə ən çox verilən suallardan birinin cavabını valideynlərin diqqətinə çatdırır:

SUAL: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilər və ya başqa məktəb seçimi edə bilməz?

Cavab: Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda valideyn başqa məktəb seçimi edə bilər. Sual: Məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa nə etmək lazımdır? Cavab: Seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş daimi qeydiyyatda olduğu rayon icra hakimiyyətinə müraciət etməli və yaxud məcburi köçkün vəsiqəsi ilə birlikdə Alternativ qeydiyyat mərkəzlərinə müraciət etməlidir.