Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-04 21:11:00
Şagirdlər Bakı Dövlət Universiteti barədə bilgiləndirildi

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə bağlı tədbirlər planına əsasən, bu ali təhsil müəssisəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Mənim universitetim–100 il” layihəsi çərçivəsində növbəti tədbirlər Binəqədi rayonundakı 182 və Səbail rayonundakı 162 nömrəli orta məktəblərdə təşkil edilib. BDU-dan AzEdu.az-a verilən məlumata görə, tədbirlərdə məktəb direktorları Zinət Tağıyeva və Sevinc Abbasova 100 yaşlı ali təhsil ocağının tarixi və inkişaf yolundan danışıblar.

 

Universitetin Tələbə Gənclər Təşkilatının sədr əvəzi, layihənin rəhbəri İsmayıl Kərimov ali məktəbin tələbə həyatı barədə məlumat verib.

 

Tələbələr şagirdlərlə həmsöhbət olub, onların universitetlə bağlı suallarını cavablandırıblar.

 

Görüşdə şagirdlərə, eyni zamanda, “BDU–mənim universitetim” mövzusunda inşa müsabiqəsi, onun şərtləri haqqında məlumat verilib. Qeyd edilib ki, müsabiqənin qalibi olan şagirdlər universitetə dəvət ediləcək və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

 

Tədbirdə BDU haqqında videoçarx nümayiş etdirilib.

 

Xatırladaq ki, “Mənim universitetim–100 il” layihəsinin məqsədi Bakının bir neçə orta məktəbində yuxarı sinif şagirdləri ilə BDU-nun tələbələrinin görüşünü təşkil etmək, şagirdləri bu ali təhsil ocağının fəaliyyəti barədə məlumatlandırmaqdır.