Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-04 17:14:53
Təhsil İdarəsindən 20 nömrəli məktəbin yaxınlığında baş verən yanğınla bağlı AÇIQLAMA  

Mediada 20 nömrəli məktəbdə yanğın baş verməsi ilə bağlı məlumat yayılıb.

Hadisə Yasamal rayonu Parlament prospektində yerləşən 20 nömrəli məktəb-liseyin həyətinə bitişik hasarlanmış ərazidə baş verib.

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

İdarədən bildirilib ki, məktəbdə hər hansı yanğın baş verməyib. Sadəcə, yaxınlıqda yerləşən ərazidə tüstülənmə olub. Bu barədə məktəb özü idarəyə məlumat verib. Məktəb ərazisində heç bir yanğın halı qeydə alınmayıb.

Qeyd edək ki, tüstülənmə ərazidəki tullantılar naməlum şəxslər tərəfindən yandırılması nəticəsində baş verib.Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsinin əməkdaşları tərəfindən yanğının məktəbə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları