Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-04 17:00:00
Direktor: “Məktəb rəhbəri icra edəcəyinə əmin olmadığı qərarı verməməlidir” - ANONS  

“Direktor mütləq menecer olmalıdır. Düşdüyü vəziyyətdən çıxa bilməyən insan  nə qədər mükəmməl müəllim olsa da, böyük bir kontingenti düzgün olmayan istiqamətə aparacaq”.

Bu sözləri 60 nömrəli məktəbin direktoru Fayaz Hüseynov AzEdu.az-a müsahibəsində deyib.

O, müsahibə zamanı yeni təyinat alan direktorlara tövsiyə xarakterli məsələlərə də toxunub. Hər şeydən əvvəl isə onlara uzaqgörən psixoloq və güclü menecer olmağı məsləhət görüb:

“Direktor hər şeydən əvvəl güclü psixoloq olmalı, hətta toqquşan mənafeləri də nəzərə almağı bacarmalıdır. İkinci növbədə, o, çox güclü menecer olmalı, icra edəcəyinə əmin olmadığı qərarı verməməlidir. Ola bilər ki, o qərarçoxunun mənafeyinə toxunsun. Amma direktor bu qərarı bütün mərhələləri keçdikdən sonra verir.

Psixoloq və menecment anlayışlarının hər ikisini birləşdirmək vacib şərtərdəndir. Psixoloq odur ki, hadisəni görsün. O, hadisəni əvvəlcədən görür, insanların bu qərara ayrı-ayrılıqda necə münasibət göstərəcəyini bilir. Menecer isə o hadisənin böyüməsi və digər istiqamətlərə getməsinə imkan vermir. Menecerin işi baş verən hadisəyə müdaxilə, psixoloqun işi isə onu görməkdir. Hər ikisi birlikdə aparılmadıqda müxtəlif neqativlər yaranır”.

Qeyd edək ki, bu, direktorla şagird, valideyn, müəllim üçlüyünün ayrı-ayrılıqda təhlil olunduğu müsahibə yaxın vaxtda AzEdu.az-da yayımlanacaq.

Müsahibədə müəllim və yeni təyinat alan direktorlar üçün pedaqoji tövsiyələr də əksini tapıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları