Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-04 14:30:00
Birnövbəli məktəblərdə dərslər saat 9-da başlamalıdır - TƏKLİF

"Əgər uşaqların sağlamlığı nəzərə alınsa, dərslər saat 9:00 -da başlamalıdır. Fizioloqlar və psixoloqlar aparılan tədqiqatlar nəticəsində belə qənaətə gəliblər ki, məktəblilər axşam saat 21:00- da, ən geci 21:30-da yatıb, səhər saat 7:00 da oyanmalıdır. Onlar 2 saat ərzində səhər idmanı edib, əl-üzünü yuyub, səhər yeməyini yeyib, hazırlaşıb məktəbə yollanmalıdırlar".

AzEdu.az xəbər verir ki, bunu "OLAYLAR"a açıqlamasında  psixoloq Tünzalə Verdiyeva deyib.

O, bildirib ki,  Azərbaycanda əksər məktəblərdə dərslər saat 8:00- da başlanır:

"Məktəbə hazırlıq və evdən məktəbə qədər qət edilən məsafə və vaxt nəzərə alınsa, şagirdlər təxminən 6:00 radələrində oyanırlar. Buna görə də, onlarda yuxusuzluq, yorğunluq, diqqətsizlik kimi hallar müşahidə olunur. Bəzən dərsə gecikən məktəblilər stress keçirirlər və bu gərginlik dərs boyu da davam edir. Bir sıra ölkələrdə dərslərin başlama vaxtı təyin edilərkən nəqliyyatın hərəkətində yarana biləcək sıxlıq nəzərə alındığı üçün məktəblər iş yerlərindən bir saat tez açılır. Bununla da, həm övladlarını məktəbə çatdıran valideynlər işə gecikmir, həm də avtomobil yollarında tıxac problemi qismən həll olunur. Ancaq son illər pedaqoqların və psixoloqların təkliflərinə əsasən, uşaqların fizioloji və psixoloji vəziyyəti nəzərə alınaraq dərslərin başlama vaxtı nisbətən önə çəkilir. Apardığım araşdırmaya görə, dünyanın müxtəlif ölkələrində birnövbəli məktəblərdə dərslərin başlama və bitmə tarixləri fərqlidir". 

Psixoloq bildirdi ki, ABŞ-da dərslərin başlama vaxtı 3 hissəyə bölünür. Belə ki, elementary school ( 1-4-cü siniflər) - 9:15 Middle school ( 5-8-ci siniflər)- 8:30 Highs chool ( 9-12-ci siniflər )- 7:20-dir: "Avstraliyada 9:00 - 15:30 (semestrlər arası iki həftə tətil) İsveç 8:00 - 15:00 (ilboyu 15 həftə tətil) İspaniya 9:00 -16:00 (3 ay tətil) Braziliyada 7:00 -dan günortayadək (3 ay tətil ) Almaniyada 8:00 - 13:00 (15 həftə tətil ), Çin 7:30 - 17:00 (3 ay tətil ) Yaponiya 8:30 -15:30 (3 ay tətil ) Fransa 8:00 - 16:00 (iyul ayında yay tətili, semestrlər arası 2 həftə tətil) İtaliya 8:00 - 14:30 (3 ay tətil ) Rusiyada 8:00 - 16:00 (3 ay yay tətili, iki həftə qış tətili və 1 həftə yaz tətili) Yeni Zellandiyada 8:30 - 15:00  (10 həftə tətil) saatları arasında davam edir).