Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 11:15:00
Bıçaqlanan tələbələrlə bağlı ən son xəbər - Dekanlar xəstəxanadadırlar

Fevralın 28-də axşam saatlarında Binəqədi rayonunda  9 tələbənin iştirakı ilə dava düşüb.

"Azadlıq Prospekti" metrostansiyasının yaxınlığındakı parkda baş verən kütləvi dava nəticəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4 tələbəsi bıçaqlanıb.

AzEdu.az məsələnin təfərrüfatlarını öyrənmək məqsədilə,  universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Mətbuat xidməti hadisənin universitetdən kənarda,  gecə saat 2 radələrində   baş verməsini təsdiqləyib:

“Universitetin 9 000-ə yaxın tələbəsi var. Hər tələbəyə buradan kənarda da nəzarət etmək imkanımız yoxdur. Buna görə də,  üzərimizə o qədər də məsuliyyət düşmür. Amma hər bir halda, universitet öz tələbəsi üçün narahatdır. Nəqliyyat fakültəsinin tələbəsinin vəziyyəti pisləşib. Rektorun tapşırığı ilə fakültə dekanları, məsul şəxslər ona baş çəkib, vəziyyəti ilə maraqlanıblar. Digər tələbələrin vəziyyəti isə qənaətbəxşdir”.

Kütləvi davanın hansı səbəbdən baş verməsi məsələsinə gəlincə isə mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı cinayət işi açılıb və münaqişənin səbəbi araşdırılır:

 "Kütləvi davanın nəyin üstündə başlanması hələ ki, məlum deyil. Hər şey nəzarətdədir”.

Universitetdən bildirilib ki, hazırda hər iki fakültənin dekanları  1 saylı Kliniki Tibbi Mərkəzdədirlər. Onlar vəziyyəti ağır olan universitetin nəqliyyat fakültəsinin tələbəsinin səhhəti ilə yaxından tanış olmağa gediblər. Dava edən digər 5 nəfər isə Sumqayıt sakinləridir. Hadisənin səbəblərini hələlik məlum deyil. Araşdırmalar aparılır. 

Qeyd edək ki, kütləvi dava nəticəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4 tələbəsi   mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Dava zamanı 1999-cu il təvəllüdlü Əliyev Zili Elman oğlu, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət Rüfət oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Abbas Mehdi oğlu bıçaqlanıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə Vüqar oğlu isə döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları