Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-28 14:35:00
Azyaşlılar dünya ədəbiyyatından yalnız bu kitabları oxumalıdırlar, çünki...- SƏBƏB  

Uşaqların texnologiyaya çox aludə olduqları bir dövrdə onların mədəni tərbiyəsi də əsas məsələdir. Bu rolu isə kitabdan daha yaxşı oynaya bilən vasitə yoxdur.

Amma uşaq psixologiyasını nəzərə alsaq, düzgün kitabın seçilməsi də mühüm məsələdir. Bu kitablar uşaqlar üçün nəzərdə tutulsa da, yeniyetmə və ya gəncə uşaq dili ilə düzgün yol göstərəcək gücdə olmalıdır. Azyaşlıya kitab seçərkən onun mətni ilə bərabər rəsmlərinə də diqqət etmək lazımdır. Kitabın içində olan bircə yanlış rəsm belə onun şüuraltına ciddi təsir edə bilər.

AzEdu.az azyaşlıların dünya ədəbiyyatından  oxuya  biləcəyi ən məsləhətli kitabları təqdim edir. Təbii ki, bu kitablar bütün dünyada qəbul edilmiş siyahı deyil. Amma onların hər biri azyaşlıya mühüm istiqamət verə biləcək kitablardır. Övladına bu kitabları məsləhət görən valideynlər onların şüuraltınıntəhlükəsizliyindən əmin ola bilərlər:

- “Anam hər yerdədir” Pimm Van Hest;

- “Lələ, Ördək və ölüm” WolfErlbruch;

- “Səyahət” FrancescaSanna;

- “Mənim yerim buradır” PippGoodhart;

- “Sən də xəyal qura bilərsən” CharlotteBelliere;

- “Unutqan Mummi” GabrieleClima;

- “Çiynimdəki ağır yük” Gülnar Hajo;

- “Gözəl qəlbli kiçik dovşan” MichaelEscoffier;

- “Ovcundakı öpüş” AudreyPenn;

-  “Bir problemlə üzləşsən nə edərsən?” Kobi Yamada;

- “valideynim hara getdi?” Nicholas Allan;

- “Yeniliyi sevən Bay Flux” KyoMaclear;

- “Başqa bir yerdə yaşasaydım…” ConstanceOrbeck;

- “Boşluq” AnnaLlenas;

- “Melenanın aynası” ElenaFerrandiz;

- “Qızıl ağac” ShaunTan;

- “Musiqi satan uşaqlar” Yalvaç Ural;

- “Necə başlamalı?” SilvanaYavano;

-“Buludların arasında” AndreNeves.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları