Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 10:57:00
Qazax məktəbində Xocalı Soyqırımının 27-ci ildönümü münasibətilə  tədbir keçirildi

Qazax rayon Birinci Şıxlı kənd tam orta məktəbində Xocalı Soyqırımının 27-ci ildönümü münasibətilə  tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbir Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükütla yad etməklə başlayıb.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Qocayev Məzahir açaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətindən söz açıb. Q.Məzahir Xocalıda baş verənlərin bəşəri cinayət olduğunu, Ermənistan hakimiyyətinin və dövlətinin tarix və beynəlxalq qanunlar qarşısında cavab verməli olduğunu bildirib.

Məktəbin tarix müəllimi Vəliyev Araz Xocalı soyqırımı barədə ətraflı məlumat verib, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini diqqətə çatdırıb. O, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.

Sonra şagirdlərin ifasında həmin gecəni əks etdirən səhnəciklər və Xocalı faciəsinə həsr edilmiş şeirlər, video-slaydlar gözü ilə ermənilərin etdikləri vəhşiliklər tədbirə gələnlərə təqdim olunub.Məktəbin 2-ci sinif şagirdlərinin hazırladığı  " Xocalı uşaqlarının fəryadı" adlı səhnə tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Şagirdlər “Xocalı soyqırımı”na həsr olunmuş şeirlərlə yanaşı, “İgid əsgər”, “Cənab leytenant” kimi mahnılar da ifa ediblər.


Tədbirdə böyük inam hissi ilə qeyd olunub ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın hünəri sayəsində Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndində, işğal altında olan digər ərazilərdə dalğalanacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.