Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-23 15:00:00
Məktəblilərə necə təbliğat aparıblarsa... - Deputatdan etiraz

"Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır. Bu uşaqların heç Sovetlər barədə, onun ordu və donaması barədə təsəvvürləri də yoxdur, sadəcə, bu tarixi 8 Martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar".

AzEdu.az Kult.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Sovet donanmasının yaranması tarixinin hələ də “oğlanların bayramı” kimi orta məktəblərdə qalmasına etirazını bildirərkən qeyd edib. Deputat bildirib ki, qeyri-milli, qeyri-dini “adətlər” yaddaşımıza yeridilir:

“Yaşadığımız xeyli axmaq adətlərə “islam dini” deyib illərlə, hətta indiyədək, toplumu qandırdılar, millətimizə qan uddurmuş, cəhaləti qanımıza yeritmiş şəxsləri qəhrəman adı ilə yüzillərdir yaddaş menyümüzə soxdullar, bizlərsə mahiyyəti barədə düşünmədən razılaşdıq. Doğrudanmı məktəblərdə “oğlanların bayramı” deyəndə heç olmazsa uşaqlara başa salan yoxdur ki, Sovet ordusunun yaranma günü əvəzinə 26 iyun Milli Ordumuzun yaranma gününü qeyd etsinlər? Mən uzun illər öncə qeyd olunan 23 fevral tarixini unutmuşam, bunu uşaqlarımız üçün görəsən hansı qüvvə yenidən canlandırıb?”