2019-02-18 09:40:00
“Sinif yoldaşımın başını kəsdilər” - Qaradağlı faciəsinin şahidi
Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci il fevralın 17-də Ermənistan silahlı bölmələri tərəfindən işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib.
Əsirlikdə saxlanılanlara qarşı törədilən vandalizm, günahsız insanların başlarının kəsilməsi, diri-diri torpağa basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayətdir.
AzEdu.az xəbər verir ki, faciənin şahidi Şamxal Şirinov müsahibəsində 27 il əvvəl baş verən qanlı hadisələri xatırlayaraq deyib:
“Fevralın 14-də düşmən kəndi mühasirəyə alaraq hücuma keçdi. Qüvvələr qeyri-bərabər olsa da, dörd gün müqavimət göstərdik. Döyüş vaxtı düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Ayın 17-də gülləmiz qurtardı və əsir götürüldük. Cavanları yaşlılardan ayıraraq, “Kamaz” markalı avtomaşına doldurub Xankəndi istiqamətində apardılar. Qocaları cavanlardan ayıraraq başqa maşınlara mindirdilər. Yaşlıları və on qadını isə birbaşa Xankəndi istiqamətinə apardılar. Cavanları başqa avtomaşınla aparırdılar. Bəylik bağı deyilən yerdə maşını saxlayıb onların bir çoxunu güllələdilər. Ermənilərdən biri maşına minərək məni götürüb meyitlərin üstünə atdı. Bu zaman aralıda dayanan başqa bir erməni əsgəri mənə yaxınlaşıb təpiklə başıma vurdu. Sonra məni yenidən ayağa qaldıraraq maşının içərisinə saldı. Öldürülənləri və yaralıları silos quyusuna atıb ekskovatorla üstlərini torpaqladılar. Sağ qalanları isə maşına doldurdular. Cəmiyyət kəndi yaxınlığında Zahidin Xəlilov meyitini yolun ortasında gördüm. Məndən 3-4 metr aralıda sinif yoldaşım Nəbi Quliyevin başını kəsdilər. Digər həmkəndlimiz Mobili güllələyib öldürdülər. Sonra bizi Xankəndinə gətirdilər. Ağrılı-acılı günlərimiz burada başlandı. Bizə olmazın işgəncələr verdilər. Günlərlə ac-susuz qaldıq. Martın 31-də əsirlikdən azad edildik”.
Əsirlikdən qayıdandan sonra ordu sıralarına yazılaraq erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edən Şamxal Şirinov torpaqlarımızı mənfur düşməndən azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazır olduğunu bildirib.
Bu bölməyə aid digər xəbərlər
Qəzada ölən məktəbli imtahanda yüksək bal TOPLAYIBMIŞ
2024-05-13 13:41:55
Şagirdlərin olduğu avtobus dərəyə aşıb
2024-05-11 09:41:00
17 yaşlı qız itkin düşüb
2024-05-10 08:41:32
Gəncədə məktəbli bıçaqlandı
2024-05-03 12:05:03
Ukraynada rus dilini öyrədən cəmi üç məktəb qalıb
2024-05-02 08:48:28
15 yaşlı qız itkin düşdü
2024-05-02 08:47:18
Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq
2024-04-30 13:29:17
Ağdamda məktəb tikintisi sülhün bərpasına töhfədir
2024-04-24 15:22:54
İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib
2024-04-24 14:59:55
Bakıya işləməyə gələn 18 yaşlı oğlan itib
2024-04-22 11:48:00
kitabı
ÇOX OXUNANLAR
6 May 2024, 09:20
Sertifikasiya: “Təkrar imtahan müəllimlər üçün böyük şansdır”
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
13 May 2024, 09:25
Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI
8 May 2024, 13:05
III ixtisas qrupu: Bu ixtisasların iş imkanları GENİŞDİR
9 May 2024, 13:25
Təhsilin sağlamlaşdırılması üçün sertifikasiya yeganə yoldur
10 May 2024, 21:00
Aprelin 14-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
11 May 2024, 10:35
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi
8 May 2024, 14:35
MİQ imtahanına sənəd qəbulu başlayır
FACEBOOK