Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 10:40:00
Nazirdən tələbələrə şad xəbər: “Təhsil krediti ilə bağlı qanunun qəbulu üçün hazırlıqlara başlanılıb"

Təhsil krediti ilə bağlı qanunun qəbul olunması üçün hazırlıqlara başlanıb. 2019-2020-ci illərdə dövlət sifarişli yerlərin sayı əhəmiyyətli dərəcədə artırılacaq”

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan tələbələrinin II qurultayında Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov deyib. O bildirib ki, tələbələrinin qurultayının Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Ümumilli lider gənclərin inkişafında böyük diqqət və qayğının göstərilməsində önəmli rol oynayıb.

Təhsil naziri I qurultaydan sonra həyata keçirilən yeniliklərdən də söz açıb:

“I qurultaydan bugünə qədər çoxsaylı proqramlar həyata keçirilib. Ali təhsil sistemin təkmilləşdirilməsi istiqamətində yüksək nəticələr əldə edilib. Ödənişli əsaslarla təhsil alanlar da təqaüd imkan qazanıblar. Faizsiz əsaslarla verilən təhsil kreditlərinin məzun olduqdan sonra 2-5 il sonra geri qaytarılması nəzərdə tutulub.

Təhsil krediti ilə bağlı qanunun qəbul olunması üçün hazırlıqlara başlanıb. 2019-2020-ci illərdə dövlət sifarişli yerlərin sayı əhəmiyyətli dərəcədə artırılacaq”.

Qeyd edək ki, Qurultay Təhsil Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi  tərəfindən keçirilir. Bu, prezident İlham Əliyevin 2017-ci il sentyabrın 16-da imzaladığı Sərəncamla təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları