Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 10:21:00
Akademik universitetdə tələbələrə ustad dərsi keçdi

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllim və tələbə heyətinə "Azərbaycan lətifələri" mövzusunda ustad dərsi keçib.

AzEdu.az-ın məlumatına görə, Akademik Muxtar İmanovun xalq gülüş mədəniyyəti, folklorda ciddilik və komizm, Azərbaycan lətifələrinin poetikası kimi məsələlər barədə nəzəri fikirləri böyük maraqla qarşılanıb, geniş diskussiyaya səbəb olub. 

Qeyd edək ki, bu cür dərslər tələbələrin təhsil aldığı sahə üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsində mühüm rol oynayır, həmçinin AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.