Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 14:53:00
İqtisadçı alim coğrafi amillərin iqtisadi-sosial inkişafa təsirlərindən danışıb  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında “Hiper dövr (tsikl): coğrafi amillər və iqtisadi-sosial nəticələr” mövzusunda məruzə dinlənilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, iqtisadiyyat üzrə elmlər doktoru Əli Hüseynov məruzəsində coğrafi amillərin iqtisadi-sosial inkişafa təsirləri, iqtisadi inkişafın coğrafi determinasiya məktəbləri, Hiper dövrün qeyri-sinusoid inkişaf trayektoriyası, landşaftın coğrafi amil olaraq mentalitetə və onun da iqtisadi-sosial inkişafa təsirləri, Hiper dövrün ikinci durumunun proqnozlaşdırılması və Azərbaycan üçün əhəmiyyəti, ölkəmizdə coğrafi amillərin “insan kapitalının inkişaf əmsalı”na təsiri, “xoşbəxtlik əmsalı” və onun Azərbaycanda coğrafi amillərlə bağlılıq səviyyəsi və s. məsələlərə toxunub.

İqtisadçı alim qeyd edib ki, “Hiper dövr” “insan coğrafiyası” paradiqmasının daha da təkmilləşdirilməsinə az da olsa, öz töhfəsini verə bilər.

Sonda iştirakçıların sualları cavablandırılıb.