Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-06 13:07:00
Ceyhun Bayramov Qazax sakinlərilə görüşə gedir

Təhsil naziri Ceyhun Bayramov Qazax şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən AzEdu.az-a verilən xəbərə görə, qəbul avqustun 13-də saat 10:00-da şəhərin Ədəbiyyat Muzeyində başlayacaq. 

Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayon sakinləri, o cümlədən bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 6-9 avqust 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.