Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 10:53:00
“Şəxsi kabinet”i yalnız belə bərpa etmək olar- Vacib detal

AzEdu.az mütəmadi olaraq abituriyentləri maraqlandıran sualları rəsmi quruma istinadla cavablandırır.

Onları maraqlandıran məsələlərdən biri də şəxsi kabinetin bərpasıdır.

Belə ki, “Şəxsi kabinet” yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər http://ekabinet.dim.gov.az/ saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi e-mail ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edib parolunu əldə edə bilərlər. Qeydiyyatdan keçən zaman e-mail ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə şəxsiyyət vəsiqəsini gətirməklə şəxsən DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib parolunu əldə edə bilərlər. Digər şəxslərə heç bir halda parol verilmir.

Qeyd edək ki, şəxsi kabinet uzunmüddətli istifadə olunduğuna görə təkrar yaradılmağa ehtiyac yoxdur.