Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 17:24:00
MEK-də “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Milli Rəqəmsal Yaddaş (MPY) bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat keçirilib.


AzEdu.az xəbər verir ki, MEK-in direktoru Leyla İmanova kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazası layihəsinin əhəmiyyətini vurğulayıb. O, MRY bazasında  Azərbaycanın qədim mədəniyyəti, tarixi, etnoqrafiyası, arxeologiyası, dövlətçiliyi, qanunvericiliyi, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirildiyini bildirib və bu istiqamətdə kitabxananın bütün strukturları arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib.  

 

İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin rəhbəri Günel Əhədova şöbənin əməkdaşları tərəfindən MRY bazasına seçilən sənədlərin korrektə, redaktə edildiyini,  biblioqrafik qeydlər, annotasiya, açar sözlərinin düzgün və dolğun seçilməsi, dünya oxucusuna əlçatan olması üçün bir neçə xarici dildə verilməsi kimi əhəmiyyətli işləri diqqətə çatdırıb.

 

Şöbənin əməkdaşları Dürdanə Ağayeva və Alidə Həsənli  “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimatla çıxış ediblər. Təqdimatda MRY bazasında öz əksini tapan muğam, keçəçilik və xalçaçılıq sənətinə aid mənbələrdən bəhs olunub.

 

Sonra Kitabxana-xidmət şöbəsinin rəhbəri Aygün Səfərova kitabxananın bütün şöbələrinə MRY bazası ilə bağlı sıx əməkdaşlıq üçün təşəkkürünü bildirib.

 

Sonda mövzu ilə bağlı müzakirə və təkliflər səsləndirilib.